Biz kimik?

“İnam Meidcal” MMC 2014-cü ildə Azərbaycan Respublikasında təsis edilmişdir.

 

Şirkət Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

 

“İnam Meidcal” MMC əsasən Türkiyə olmaqla eyni zamanda Latviya, Rusiya, Ruminiya, Belarusiya kimi ölkələrin istehsalçı şirkətləri ilə əməkdaşlıq edir.

 

“İnam Medical” MMC həmçinin öz fəaliyyət istiqamətində maarifləndirmə proseslərində də aktiv iştirak edir. Belə ki, şirkət mütəmadi olaraq aktual problemlərin həlli istiqamətində dəyirmi masalar, təqdimatlar və konfransların təşkilatçıcı və iştirakçısı olub. Bu məqsədlə dəfələrlə xarici professor və elm adamlarının ölkəmizə səfərləri təşkil edilib ki, bu səfərlərdə də başlıca məqsəd bu sahədə fəaliyyət göstərən insanların nəzəri və praktik biliklərinin artırılmasına kömək etməkdir.

 

Sloganımız;“Sağlamlığa İnamla addımla!”